Memardan SƏRT TƏPKİ: "Kəndlər kazarmaya çevrilir!"

Memardan SƏRT TƏPKİ: "Kəndlər kazarmaya çevrilir!"
03.06.2025 13:51 Cəmiyyət

Millət vəkili Razi Nurullayev təklif edib ki, Qarabağda vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin. 

Mövzu ilə bağlı Memar və şəhərsalma mütəxəssisi Cahid Həsənov Todaypress TV-yə açıqlamasında bildirib ki, o, Razi Nurullayevin yeni şəhərsalma təşəbbüsünü dəstəkləyir. 

Onun sözlərinə görə, bu təklif memarlıq sahəsində illərlə gözlənilən dəyişikliyə yol aça bilər.

“Bir şəhərsalma memarı kimi nəhayət bu fikirləri eşitmək məni çox sevindirdi. Bilirsiniz, bu yolun alternativi yoxdur. Bu təşəbbüs həm də memar, dizayner və mühəndislər üçün böyük məşğulluq imkanı yaradacaq. Yüzlərlə, minlərlə mütəxəssis, memar, mühəndis, dizayner bu layihələr vasitəsilə işlə təmin oluna bilər. Əslində, işğaldan azad olunan ərazilərdə bu illərdə memar çatışmazlığı yaşanmalı idi. Təəssüf ki, 30 illik təcrübəsi olan peşəkar memarlarımız belə bu proseslərə cəlb olunmur".  

Memar hazırda bəzi kəndlərdə eyni layihə əsasında yüzlərlə evin tikildiyini, nəticədə memarlıq fərqliliyinin aradan qalxdığını və bu ərazilərin kazarma tipli yaşayış məntəqələrinə çevrildiyini bildirib:

“Arxitektura komitəsi tərəfindən bir kənd evi layihəsi hazırlanıb 500-1000 dəfə tətbiq olunur. Bu, kənd deyil, kazarma şəhərciyidir. Hər bir ev fərqli layihə əsasında tikilməlidir. Bu memarlığın əsas prinsipidir. Özəl tikintilərə icazə verilərsə, bu həm memarlıq baxımından keyfiyyətin artmasına, həm də daha effektiv dövlət vəsaiti istifadəsinə gətirib çıxarar".

O əlavə edib ki, hazırda dövlət tərəfindən ayrılan 150-180 min manat büdcə ilə 55-60 min manatlıq tipik evlər tikilir. Halbuki bu məbləğ kompensasiya formasında vətəndaşa verilsə, o, həmin vəsaitə özəl şirkət vasitəsilə daha keyfiyyətli və estetik ev tikə bilər.

Cahid Həsənov qeyd edib ki, bu yanaşma kəndlərin vizual görünüşünü yaxşılaşdırmaqla yanaşı, minlərlə ustanın, dizaynerin, tikinti firmasının da əmək bazarına cəlb olunmasına səbəb olacaq.

Qeyd edək ki, Razi Nurullayev mayın 30-da keçirilən parlamentin iclasında bildirib ki, keçmiş məcburi köçkünlərin xeyli hissəsi doğma torpaqlara qayıtdıqdan sonra öz evlərini tikmək iqtidarındadır. Onların arasında həm maliyyə baxımından imkanlı ailələr, həm də tikinti sahəsində bilikli və təcrübəli şəxslər yer alır.

Bu baxımdan, o, təklif edib ki, dövlət yalnız əsas infrastrukturun, yol, su, elektrik, kanalizasiya və rabitə sistemlərinin qurulmasına məsuliyyət daşısın, ev tikintisinə isə qanuni çərçivədə vətəndaşların özlərinin cəlb olunmasına şərait yaratsın. 

Türkan İsgəndərli

FOTOLAR

Memardan SƏRT TƏPKİ: "Kəndlər kazarmaya çevrilir!" — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Bütün Xəbərlər