Kamran Əliyev Səudiyyə Ərəbistanında görüşlər keçirdi

Kamran Əliyev Səudiyyə Ərəbistanında görüşlər keçirdi
09.10.2025 15:59 Cəmiyyət

Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) dəstəyi ilə təşkil edilmiş Yaxın Şərq və Şimali Afrika regionu (MENA) üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində fəaliyyət göstərən qurumların Şəbəkəsinin təsis konfransında iştirak edib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 30-dan artıq yurisdiksiyanı təmsil edən 200-dən artıq nümayəndənin qatıldığı tədbir zamanı çıxış edən Baş prokuror mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qətiyyətlə həyata keçirilən ardıcıl tədbirləri, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsini, hüquq-mühafizə sistemində aparılmış genişmiqyaslı islahatları, cinayətkarlığın bütün növ və formalarına, mütəşəkkil cinayətkarlığın təhlükələrinə qarşı görülmüş işləri xüsusi vurğulayıb.

Qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş əmlakların ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir və təhdidə qarşı mübarizədə qlobal səylərin birləşdirilməsinin vacibdir.

Baş prokuror eyni zamanda bu istiqamətdə prokurorluq orqanları tərəfindən həyata keçirilmiş tədbirlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla ikitərəfli görüşlər də keçirilib.

BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri xanım Qada Vali ilə keçirilmiş ikitərəfli görüşdə ölkəmizlə qurum arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə olması qeyd edilərək birgə əməkdaşlıq formasında həyata keçirilmiş tədbirlər, o cümlədən ötən ilin 13 noyanr tarixində COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın, cari ilin may ayında Bakı şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan qurumların qlobal əməliyyat şəbəkəsinin (GlobE) 6-cı iclasının yüksək səviyyədə təşkili xatırlanıb və buna görə ev sahibi kimi ölkəmizə təşəkkür bildirilib.

Həmçinin qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, tərəflər gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan digər layihələr barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Misir Ərəb Respublikasının Baş prokuroru Şevki Fethi Ayadla keçirilmiş görüş zamanı ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətləri qeyd edilərək hüquqi əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret təkliflər müzakirə edilib.

Bəhreyn Krallığının Baş prokuroru Ali Fadl Al-Buainain ilə görüş zamanı qurumlar arasında uzunmüddətli və məhsuldar əməkdaşlıq əlaqələri xatırlanaraq, həmçinin regional layihələr çərçivəsində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

İraq Respublikasının Baş prokuroru Nacm Abdullah Əhmədlə görüşdə iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın perspektiv sahələri qeyd edilib.

Bundan əlavə, Mərakeş Krallığının Korrupsiyaya qsrşı mübarizə üzrə milli idarəsinin rəhbəri Məhəmməd Benalilou və Pakistan İslam Respublikasının ixtisaslaşmış korrupsiyaya qarşı mübarizə qurumu olan Milli Hesabatlılıq Bürosunun sədri Nazir Əhməd Butt ilə də ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin, transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İkitərəfli görüşlər zamanı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib.

Nümayəndə heyətinin səfəri başa çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Bütün Xəbərlər