İctimai iaşə dövriyyəsi 17%-ə yaxın artdı

İctimai iaşə dövriyyəsi 17%-ə yaxın artdı
17.06.2025 15:03 Cəmiyyət

Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 987,9 milyon manat olub.

Bu barədə TodayPress TV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 16,6% çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,3%-i hüquqi şəxslərin, 48,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 17% artaraq 502,2 milyon manat olub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər