Güclü yağışlar zamanı əmlaka dəyən zərəri kim ödəməlidir? – İZAH

Cəmiyyət

31.03.2026 17:19

Son günlər ölkəmizdə yağan güclü yağışlar bir çox vətəndaşın əmlakına ciddi ziyan vurub.

Bəs mülk sahiblərinə dəyən zərəri kim qarşılamalıdır?

Hüquqşünas Mircəlal Muradlı mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verib.


Onun sözlərinə görə, belə hallarda fors-major (qaçılmaz və təbii fəlakət) prinsipi əsas rol oynayır.

“Fors-major halında sığorta şirkətləri, bir qayda olaraq, heç bir ödəniş həyata keçirmir. Yəni məsuliyyət vətəndaşın üzərində qalır və dəyən zərər onun tərəfindən qarşılanmalıdır. Bu qayda təkcə fiziki ziyana deyil, həmçinin sığorta müqaviləsində nəzərdə tutulmuş digər hallara da şamil olunur”.

Hüquqşünas vurğulayıb ki, belə hallarda vətəndaşlar yalnız qabaqlayıcı tədbirlər görməklə zərərin miqyasını minimuma endirə bilərlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Mircəlal Muradlı,Hüquqşünas ,Güclü yağış,Əmlak,Ziyan,Todaypress.tv,