Gəncədə 3 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Gəncədə 3 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
07.10.2025 23:30 Cəmiyyət

Gəncədə 3 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bu barədə TodayPress TV-yə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat veriib.

Bildirilib ki, III MDB Oyunlarının bağlanış mərasimi ilə əlaqədar oktyabrın 8-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək.

Belə ki, məhdudiyyət səbəbindən Atatürk prospektində fəaliyyət göstərən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Heydər Əliyev prospekti ilə təşkil ediləcək. 12 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Bilal Qəhərəmanov küçəsi təyin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər