Eldar Əzizov şəhid ailələri ilə görüşdü

Eldar Əzizov şəhid ailələri ilə görüşdü
25.09.2025 13:27 Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib

TodayPress TV xəbər verir ki, sentyabrın 25-də Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib.

Görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən video-film nümayiş etdirilib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 5 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Prezident İlham Əliyevin dahi sərkərdəliyi ilə son 200 il ərzində ilk dəfə olaraq müsəlman dövləti düşmən üzərində qələbə qazanaraq öz torpaqlarını geri qaytardı. Bu tarixi nailiyyət məhz ölkə başçısı İlham Əliyevin şəxsiyyət faktoru sayəsində mümkün oldu.

Bildirildi ki, bu gün ölkəmizdə səhid ailələri və qazilərimiz daima dövlət qayğısı ilə əhatə olunub. Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazilərin yanındadır və onların problemlərinin həlli istiqamətində böyük işlər görür.

Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların müraciət və təklifləri nəzarətə götürüldü.

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

TodayPress TV

FOTOLAR

Eldar Əzizov şəhid ailələri ilə görüşdü — 1
Eldar Əzizov şəhid ailələri ilə görüşdü — 2
Eldar Əzizov şəhid ailələri ilə görüşdü — 3
Eldar Əzizov şəhid ailələri ilə görüşdü — 4
XƏBƏR LENTİ
05 IYUN 2026
Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 Bütün Xəbərlər