Ekspert: “Elektromobillərə ƏDV tətbiqi daxili bazarın canlanmasına səbəb olacaq”
Cəmiyyət
06.11.2025 18:13
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, gələn ildən etibarən Azərbaycana idxal olunan elektrik avtomobilləri ƏDV-yə cəlb olunacaq. Qeyd edək ki, bundan əvvəl yalnız hibrid avtomobillərin əlavə dəyər vergisinə daxil ediləcəyi bildirilmişdi.
Bəs bu qərarın avtomobil bazarına hansı təsirləri olacaq?
Nəqliyyat eksperti Raqif Raufoğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, qərarın əsas məqsədlərindən biri daxili avtomobil bazarındakı durğunluğu aradan qaldırmaqdır.

Onun sözlərinə görə, əsas gözlənti daxili bazarın durğunluğunun aradan qalxmasıdır:
"Çünki son bir-iki ildə xaricdən avtomobil alışı çox aqressiv idi. İnsanlar elektromobil və ya hibrid almaq istəyəndə daxili bazardan deyil, xaricdən daha əlverişli hesab edib gətirirdilər. Bu isə daxili dövriyyəni zəiflədirirdi".
Ekspertin sözlərinə görə, daxili bazarın hərəkətlənməsi iqtisadi baxımdan da vacibdir:
"Ötən il ərzində avtomobil alqı-satqısı ilə bağlı vəsaitin böyük hissəsi xaricə gedib. Amma iqtisadiyyatın sağlam dövriyyəsi üçün daxildə də bu proseslər olmalıdır. Biz artıq bir-birimizdən maşın almağı dayandırmışdıq. Bu qərar daxili bazarın tərpənməsi üçün effektiv ola bilər".
Raqif Raufoğlu əlavə edib ki, hökumət avtomobil parkının yenilənməsi prosesini də izləyəcək və qərarın uzunmüddətli təsirlərini müşahidə edəcək.
Türkan İsgəndərli
tag: Şahin Bağırov ,Raqif Raufoğlu,Avtomobil ,ƏDV,Todaypress.tv,
