Çimərliklər pullu olacaq? – AÇIQLAMA

Çimərliklər pullu olacaq? – AÇIQLAMA
17.07.2025 16:35 Cəmiyyət

Yay mövsümündə vətəndaşların çimərliklərə axını artdıqca, bu məkanlarda sanitar-gigiyenik vəziyyət də əsas müzakirə mövzusuna çevrilir.  

Ekoloq Qorxmaz İbrahimli TodayPress TV-yə açıqlamasında bildirib ki, istər pullu, istərsə də pulsuz çimərliklərdə təmizlik qaydalarına əməl olunmalıdır.

“Çimərliyə gələn hər bir şəxs sanitar qaydalara riayət etməlidir. Ərazini zibilləmək yolverilməzdir. Bunun üçün həmin ərazinin pullu və ya pulsuz olmasının heç bir fərqi yoxdur. Bəzi vətəndaşlar pullu çimərliklərdə xidmət haqqı verdiklərini əsas gətirərək məsuliyyətsiz davranırlar. Pullu çimərlik ərazisinə zibil atırlar ki, pul vermişəm, onsuzda yığışdıracaqlar. Bu, sırf mədəniyyət və tərbiyə məsələsidir. Təəssüf ki, bir çox insanlar çimərliklərdən istifadə etdikdən sonra oraları bərbad vəziyyətdə qoyurlar”.   

Ekspert qeyd edib ki, çimərliklərdəki anti-sanitariya halları daha çox gecə saatlarında müşahidə olunur. Onun fikrincə, bunun kökündə mədəniyyət və təhsil səviyyəsinin aşağı olması dayanır:

“Kimliyindən asılı olmayaraq, qadın, kişi, uşaq hər kəs məsuliyyətli davranmalıdır. Amma təəssüf ki, bəzi şəxslər uşağın bezini, plastik qabları, müxtəlif tullantıları çimərlikdə atıb gedirlər”. 

Ekoloq çimərliklərdə xidmətin pullu olmasına qarşı çıxaraq bunun problemi həll etməyəcəyini bildirib: 

“Pulsuz çimərlikləri pullu etmək çıxış yolu deyil. Əgər məqsəd təmizliyi təmin etməkdirsə, bu, maarifləndirmə yolu ilə olmalıdır. Çünki çimərliyi pullu etmək heç nəyi dəyişməyəcək”.  

O, həmçinin Avropa ölkələrindəki təcrübəni nümunə göstərərək vurğulayıb ki, əsas məsələ ictimai nəqliyyatın əlçatanlığı və insanların maarifləndirilməsidir:

“Barselonada metro və avtobusla birbaşa çimərliyə qədər gedə bilirsən. Orada da xidmətlər pulludur. Amma çimərliyin özü pulsuzdur. Bizdə də bunu maarifləndirmə ilə həll etmək olar. Televiziyalarda həm üzgüçülük qaydaları, həm də sanitar normalar haqqında məlumatlar verilməlidir”.

Qorxmaz İbrahimli qeyd edib ki, vətəndaşların mədəniyyət səviyyəsini qaldırmaq və onları məsuliyyətə cəlb etmək üçün ictimai kampaniyalar və sosial reklamlar zəruridir.

Türkan İsgəndərli

FOTOLAR

Çimərliklər pullu olacaq? – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Makron, Merz və Starmer iyunun 7-də Rusiya ilə mümkün danışıqları müzakirə edəcəklər. 02:13 Süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək 23:50 Tramp saatların çəkilməsinin ləğv olunmasını təklif etdi 23:53 İraqın şimalında İran konsulluğu yaxınlığında partlayış oldu 01:13 Ermənistan Türkiyə sərhədinə dəmir yolu çəkir – Paşinyan tender elan etdi 00:53 Hindistan mediası Bakını hədəfə aldı: Konfrans ətrafında qalmaqal 00:01 Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu 00:09 BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 23:48 Bitkoinin qiyməti 2024-dən bəri ilk dəfə 60 min dollardan aşağı endi 23:40 Tramp Zelenski və Putinin özlərinin razılığa gəlməsini istəyir 23:24 Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Bütün Xəbərlər