Cəbrayılda 880-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edildi

Cəbrayılda 880-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edildi
04.10.2025 16:10 Cəmiyyət

Cəbrayıl rayonuna köçürülmüş 880-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

Bununla bağlı TodayPress TV-yə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, indiyə qədər rayonda 811 nəfərin məşğulluğu təmin edilib, onlardan 40 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb.

Məlumata görə, 72 Cəbrayıl sakini isə peşə kurslarına cəlb olunub.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər