Bu layihə Azərbaycana ildə 3 milyard qazandıracaq

Bu layihə Azərbaycana ildə 3 milyard qazandıracaq
06.02.2026 12:12 Cəmiyyət

“Regionda yaranan yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb”.   

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz “Facebook”hesabında yazıb.


“Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı zamanı Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırması ilə yanaşı, neft məhsullarının ixracının həyata keçirildiyini və hazırda ticarət əlaqələrinin genişləndirildiyini bildirib”.  

Deputat diqqətə çatdırıb ki, “Tramp Marşrutu”nu (TRIPP) Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan ilə Naxçıvanı birləşdirəcək: 

“İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. ABŞ vitse-prezidentinin regiona səfərindən sonra Ermənistan ərazisini əhatə edəcək Beynəlxalq sülh və rifah naminə “Tramp Marşrutu”nu (TRIPP) ilə bağlı işlərin sürətlənəcəyi gözlənilir. Zəngəzur dəhlizinin bir elementi olacaq TRIPP-ın inşaatı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək”.  

Ekspert vurğulayıb ki, 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3.0 milyard dollar tranzit gəliri əldə edəcək.

Parlamentari  sonda əlavə edib ki, şanlı zəfərimizdən sonra regionda formalaşan yeni düzən yalnız Azərbaycan deyil, bütövlükdə region üçün yeni imkan yaradır.   

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Bütün Xəbərlər