Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
16.05.2025 16:13 Cəmiyyət

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7,6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti məhdudlaşdırılacaq. 

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Məlumata görə, məhdudiyyət sabah saat 07:00-dan başlayaraq bir neçə saat qüvvədə olacaq. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur" deyə agentlik bəyan edib. 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər