Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul etdi

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul etdi
18.09.2025 16:03 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

TodayPress TV xəbər verir ki, sentyabrın 18-də Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 46 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

TodayPress TV

FOTOLAR

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul etdi — 1
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul etdi — 2
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul etdi — 3
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul etdi — 4
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər