Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başladı

Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başladı
01.09.2025 13:26 Cəmiyyət

Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.  

Bakı və Şamaxının müxtəlif məkanlarında baş tutacaq festival bu dəfə də Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin fəlsəfi və ədəbi irsinin öyrənilməsi, ədəbiyyat və incəsənət sahəsində bir sıra tədbirlərlə yadda qalacaq.

Festival sentyabrın 23-də və 25-də Bakının bir sıra mədəniyyət ocaqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Atəşgah məbədini əhatə edəcək. Festival günlərində müxtəlif ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfrans, Nəsimi yaradıcılığına dair elmi sessiyalar, müzakirələr, sərgilərin təşkili, tamaşaların nümayişi, əbədi-bədii gecənin, musiqi təqdimatlarının keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 24-də isə festival Şamaxıda davam edəcək. İlk dəfə olaraq Nəsimi Bağları Kompleksində təşkil ediləcək festival bu ərazinin müxtəlif məkanlarını əhatə edəcək. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, o cümlədən balet, açıq səma altında “Multidissipilinar incəsənət festivalı”, ustad dərsləri, konsert təqdim ediləcək.

Festival iştirakçıları, həmçinin Nəsimi Bağları Kompleksi ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış nəhəng heykəli ilə tanış ola biləcək.

2018-ci ildən ənənəvi təşkil olunan Nəsimi Festivalı mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir. Həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.

XƏBƏR LENTİ
02 IYUN 2026
Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Bütün Xəbərlər