Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur
18.07.2025 13:35 Cəmiyyət

İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir. 

TodayPress TV xəbər verir ki, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək. 

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər