Azərbaycanı zəlzələ gözləyir? - Qurban Yetirmişli AÇIQLANDI

Azərbaycanı zəlzələ gözləyir? - Qurban Yetirmişli AÇIQLANDI
31.10.2025 13:29 Cəmiyyət

Son günlər Türkiyədə ardıcıl baş verən zəlzələlər regionda narahatlıq yaradıb. İnsanları maraqlandıran əsas suallardan biri isə bu proseslərin Azərbaycana təsir edib-etməyəcəyi ilə bağlıdır.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, hazırda zəlzələlərin Azərbaycana təsir ehtimalı sıfırdır. 

Onun sözlərinə görə, konkret şəkildə heç bir təsir ola bilməz, çünki seysmik vəziyyət daimi nəzarət altındadır.

"Türkiyədə baş verən zəlzələlər tamamilə fərqli laylarda, bir-biri ilə əlaqəsi olmayan dərinlik qırılmaları zonasında müşahidə olunur. Təsir yalnız o halda ola bilərdi ki, hadisə daha yaxın məsafədə baş versin və silkələnmə bizim ərazidəki cihazları aktivləşdirsin. Lakin aparılan müşahidələr və elmi faktlar göstərir ki, Azərbaycanın heç bir bölgəsində bu cür hadisələrə birbaşa təsir göstərə biləcək ocaqlar yoxdur".

Mütəxəssis əlavə edib ki, ölkəmizdə qeydə alınan zəlzələlərin əksəriyyəti hiss edilmir və Azərbaycanda yaxın zamanda güclü zəlzələ gözlənilmir. Ancaq Türkiyədə zəlzələlər davam edəcək:

"Türkiyədə artıq bir neçə aydır proses davam edir və bu, bir müddət də çəkəcək. Çünki güclü zəlzələlər zamanı qırılma boyu parçalanmalar baş verir və həmin sahələrin tam sakitləşməsi müəyyən vaxt tələb edir", - deyə Qurban Yetirmişli fikrini sonlandırıb.

Qeyd edək ki, Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Təkanlar Bursa, İzmir, Manisa və İstanbulda təşvişə səbəb olub.  Bir çox şəhərlərdə sakinlər evlərini tərk edərək həyətlərə və parklara üz tutublar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 Bütün Xəbərlər