Allahşükür Paşazadə: Erməni kilsəsi öz xalqını fəlakətə sürükləyir

Allahşükür Paşazadə: Erməni kilsəsi öz xalqını fəlakətə sürükləyir
11.06.2025 16:16 Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) Baş katibi Jerry Pilleyə etiraz məktubu göndərib.

TodayPress TV xəbər verir ki, QMİ sədri Ümumdünya Kilsələr Şurasını ədalətli dinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi kimi tanıdıqlarını, 1993-cü ilin 8 fevral tarixində Montrödə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dəyərli addım atıldığını, məhz ÜKŞ-nin vasitəçiliyi ilə iki ölkənin dini liderlərinin iştirakı ilə yüksək səviyyəli görüş təşkil olunduğunu xatırladıb.

“Əfsuslar olsun ki, sərhədimizə qədər gələrək oradan torpaqlarımıza binoklla boylanmağı özünə rəva bilən cənabınızın erməni tərəfinin bilavasitə təsiri altında verdiyi açıqlamaları qeyri-obyektivliyi və qərəzliliyi ilə Azərbaycan xalqının haqlı narazılığına səbəb olub. O zaman verdiyimiz bəyanatlarımızda və daha öncə sizə ünvanlanan məktublarımızda bildirmişik və bu gün də israrla vurğulayırıq ki, dini liderlər Vahid Yaradana və Haqqa xidmət etməli, heç bir vəchlə münaqişəyə və qarşıdurmaya deyil, sülhə, dinc birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər”, - Allahşükür Paşazadə qeyd edib.

QMİ sədri Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) real vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycana öz nümayəndələrini göndərməyi təklif edib.

“Cari ilin 27-28 may tarixlərində Berndə keçirilən konfrans zamanı sizin çıxışınızla bağlı bir daha nəzərinizə çatdırmalıyam ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan 86,6 min kv. km. ərazisində “Artsax” adlı inzibati vahid mövcud deyildir. Bu tarixi həqiqəti hətta Ermənistanın Baş naziri dəfələrlə etiraf etməyə məcbur olub”, - QMİ sədri əlavə edib.

Allahşükür Paşazadə diqqətə çatdırıb ki, insanları sülhə deyil, zorakılığa təhrik edən erməni kilsəsi erməni xalqını “ölənədək savaşa” səsləməklə onun gələcəyini növbəti təhlükələrə və fəlakətlərə sürükləyir: “Bu məramla çağırış edirəm ki, erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə ÜKŞ tərəfindən bundan sonra dəstək verilməsin. Öz xalqına heç bir nicat yolu qoymayan, onu yeni faciələrə sürükləyən erməni kilsəsinin destruktiv təsirinin ÜKŞ-nin rəsmi mövqeyi olaraq dünyaya bəyan edilməsinə son qoyulsun".

XƏBƏR LENTİ
05 IYUN 2026
ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Bütün Xəbərlər