Fevralda baş tutacaq pley-off oyunlarının rəqibləri müəyyənləşdi
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
TodayPress TV xəbər verir ki, püşkün nəticəsinə əsasən, Türkiyəni turnirdə təmsil edən yeganə klub “Samsunspor” Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.
Digər püşk nəticələri belədir:
“KuPS” (Finlandiya) - “Lex” (Polşa)
“Zrinski” (Bosniya və Herseqovina) - “Kristal Pelas” (İngiltərə)
“Siqma” (Çexiya) - “Lozanna” (İsveçrə)
“Noa” (Ermənistan) - “AZ Alkmaar” (Niderland)
“Yagelloniya” (Polşa) - “Fiorentina” (İtaliya)
“Drita” (Kosovo) - “Selye” (Sloveniya)
“Omoniya” (Kipr) - “Riyeka” (Xorvatiya)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 19-da, cavab qarşılaşmaları isə 26-da keçiriləcək.
Namiq HUN