ÇL oyunundan sonra hakim qərarları müzakirə olundu

ÇL oyunundan sonra hakim qərarları müzakirə olundu
16.04.2026 09:38 UEFA

“Real Madrid” klubunun müdafiəçisi Daniel Carvaxal UEFA Çempionlar Liqasının (ÇL) 1/4 finalında “Bavariya” ilə cavab oyunundan sonra baş hakim Slavko Vinçiçə kəskin etiraz edib.

TodayPress TV xəbər verir ki, matçın 89-cu dəqiqəsində “Bavariya”nın üçüncü qolundan sonra Karvaxal əsəbiləşərək əvvəlcə dördüncü hakimi göstərib və “Bu sənin günahındır!” deyə qışqırıb. 

Daha sonra o, baş hakim Vinçiçə yaxınlaşaraq eyni ifadəni bir neçə dəfə təkrarlayıb.

Oyunun 86-cı dəqiqəsində isə Eduardo Camavinqa rəqib Harri Keynə qarşı qayda pozuntusundan sonra topu vermədiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu epizod Madrid klubunun narazılığına səbəb olan əsas məqamlardan biri olub.

Matçdan sonra “Real”ın baş məşqçisi Alvaro Arbeloa hakimin oyuna təsir etdiyini və qarşılaşmanı korladığını bildirib.

Qeyd edək ki, Çempionlar Liqasında “Bavariya” - “Real Madrid” komandaları arasında keçirilən cavab 1/4 final matçı 4:3 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb və iki oyunun cəminə görə (6:4) Almaniya çempionu yarımfinala yüksəlib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Все новости