“Barselona” – “Nyukasl”: məşqçilərdən gərgin duel öncəsi açıqlamalar

“Barselona” – “Nyukasl”: məşqçilərdən gərgin duel öncəsi açıqlamalar
10.03.2026 09:35 UEFA

“Barselona”nın və “Nyukasl Yunayted”in baş məşqçiləri Hans-Diter Flik və  Eddi Hau UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşması öncəsi  iddialı açıqlamaları ilə yadda qalıblar. 

TodayPress TV xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik İngiltərə futbolunun səviyyəsini yüksək qiymətləndirsə də, komandasının geri qalmadığını bildirib.


“Premyer Liqa dünyanın ən yaxşı liqasıdır, orada inanılmaz səviyyə var. Amma biz ingilislərdən sinif baxımından geri qalmırıq və öz fəlsəfəmizə sadiq qalaraq bunu bütün dünyaya göstərməliyik.”

Alman mütəxəssis “Nyukasl”ın oyun üslubunun çox təhlükəli olduğunu vurğulayıb.

“Onlar çox yaxşı oynayırlar – birəbir pressinq edir və çox sürətli hücuma çıxırlar. Biz isə müdafiədə tam fədakarlıq və cəsarətlə oynamalıyıq. Burada iki oyunun nəticəsi hesablanır və bunu “Atletiko” ilə kubok qarşılaşmasında aydın gördük. Madriddəki ilk oyunda (0:4) müdafiədə istədiyimiz kimi oynaya bilmədik. O vaxtdan bəri müdafiə üzərində çox işləyirik, çünki Çempionlar Liqasında bu, əsas amildir.”

“Nyukasl”ın baş məşqçisi Eddi Hau isə Lamin Yamal haqqında yüksək fikirlər səsləndirib.


“O, qeyri-adi futbolçudur. İlk oyunda bizə qarşı oynamamışdı. İndi bizi ciddi sınaq gözləyir – onun güclü tərəflərinə qarşı necə oynayacağımızı tapmalıyıq. Ümumiyyətlə, rəqib cinahlardan çox təhlükəli hücum edir. Buna görə müdafiədə daha etibarlı oynamalıyıq.”

İngilis mütəxəssis qarşıdakı oyunun klub üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib.

“Bu, yəqin ki, klubun yeni tarixində ən vacib matçdır. Heç olmasa mənim üçün belədir. Buna uyğun düşüncə ilə meydana çıxmalıyıq. Autsayder olmaq da bizim xeyrimizə işləyə bilər – şanslar bizə qarşı olanda bu, əlavə motivasiya verir.”

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Nyukasl Yunayted” və “Barselona” komandaları arasında ilk oyun bu gün gecə saat 00.00-da start götürəcək.

Namiq HUN

TodayPress TV

ФОТО

“Barselona” – “Nyukasl”: məşqçilərdən gərgin duel öncəsi açıqlamalar — 1
“Barselona” – “Nyukasl”: məşqçilərdən gərgin duel öncəsi açıqlamalar — 2
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Все новости