Ermənistandan TARİXİ ÖHDƏLİK: Sammitdə Qarabağın adı çəkilməyəcək!

Ermənistandan TARİXİ ÖHDƏLİK: Sammitdə Qarabağın adı çəkilməyəcək!
04.05.2026 13:46 Təhlil

Mayın 5-də İrəvanda keçiriləcək birinci Ermənistan–Avropa İttifaqı sammitinin birgə bəyanat layihəsində Azərbaycan–Ermənistan sülh prosesinə dəstək ifadə olunsa da, Qarabağla bağlı ən həssas humanitar məsələlərə toxunulmayacaq.

Sənəddə Qarabağdan olan ermənilərin geri qayıdışı ilə bağlı hər hansı çağırış yer almayacaq, Bakıda saxlanılan erməni vətəndaşları haqqında da heç bir qeyd edilməyib.

Əvəzində tərəflər sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində səylərə dəstək verəcəklərini bildirəcəklər.

Bu yanaşma Avropa İttifaqının Cənubi Qafqazda daha praqmatik mövqe tutduğunu göstərir. Brüssel əsas diqqətini enerji təhlükəsizliyi, regional əlaqələndirmə layihələri, xüsusilə, Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan enerji kabeli məsələsinə və uzunmüddətli sabitliyə yönəldir. Keçmiş münaqişənin humanitar aspektlərini ön plana çıxarmaq əvəzinə, gələcək əməkdaşlığa fokuslanmaq üstünlük təşkil edir.

Ermənistan tərəfi sammit ərəfəsində Qarabağdan olan ermənilərin qayıdışı və digər humanitar məsələləri gündəmə gətirməyə çalışsa da, birgə sənəddə bu mövzulara yer verilməməsi diqqət çəkir. Bu isə Avropanın məsələlərin böyük əksəriyyətinin ikitərəfli danışıqlar çərçivəsində həllini daha məqsədəuyğun hesab etdiyini göstərir.

Xatırladaq ki, sammitə bir neçə gün qalmış, aprelin 30-da  Avropa Parlamenti “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə qəbul edib. Qətnamədə Qarabağ ermənilərinin “təhlükəsiz və ləyaqətli qayıdış hüququ”, mədəni irsin qorunması və Bakıda saxlanılan erməni hərbi əsirlərinin və digər şəxslərin “dərhal və qeyd-şərtsiz” azad edilməsi ilə bağlı bəndlər yer alıb. Azərbaycan tərəfi bu sənədi qərəzli, əsassız və anti-Azərbaycan aksiyası  kimi qiymətləndirib.

Bu qətnaməyə cavab olaraq mayın 1-də  Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırıb, EU-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakını dayandırıb və Euronest Parlament Assambleyasından çıxma prosesinə start verib.

Xarici İşlər Nazirliyi də Avropa İttifaqının Bakıdakı səfirini çağıraraq rəsmi protest notası verib.

Bununla belə, Azərbaycan Avropa İttifaqı ilə, xüsusilə enerji və iqtisadi əməkdaşlıq sahələrində münasibətləri davam etdirməyə hazır olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin zirvə toplantısına onlayn formatda qoşulması da Bakının regional dialoqa konstruktiv yanaşmasını təsdiqləyir.

İrəvan sammitinin bəyanatı Qarabağ məsələsində Avropanın mövqeyində müəyyən reallıqlara uyğunlaşma əlaməti kimi qiymətləndirilə bilər.

Humanitar çağırışların kənarda qalması sülh prosesinə ümumi dəstəyin ön plana çıxması ilə yanaşı, regionda yeni mərhələnin başlandığını göstərir. Son gərginliklərə baxmayaraq, Azərbaycan prinsipial mövqeyini qoruyaraq strateji əməkdaşlıq imkanlarını da nəzərdən qaçırmır. Bu isə həm Bakının, həm də Brüsselin praqmatizmini sınağa çəkən mühüm məqamdır.   

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Все новости