Sane “Qalatasaray”ın radarına düşdü

Sane “Qalatasaray”ın radarına düşdü
11.06.2025 17:37 İdman

“Bavariya” klubunun yarımmüdafiəçisi Leroy Sane karyerasını Türkiyədə davam etdirməyə yaxındır. 

TodayPress TV xəbər verir ki, bu barədə məşhur jurnalist Florian Plettenberq sosial şəbəkə “X”də məlumat yayıb.

Bildirilir ki, “Qalatasaray” 29 yaşlı futbolçuya illik 10-12 milyon avro məvaciblə bağlı ən sərfəli yazılı təklif təqdim edib. Müqavilə şərtləri və maliyyə baxımından razılıq əldə olunmaq üzrədir.

Yarımmüdafiəçi “Bavariya”nı azad agent kimi tərk edəcək. Artıq klub rəhbərliyi bu qərar barədə məlumatlandırılıb. O, klublararası dünya çempionatına yollanmayacaq.

Leroy Sane 2024/2025 mövsümündə Bundesliqada 30 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə verib. UEFA Çempionlar Liqasında isə 13 oyunda 1 dəfə fərqlənib.

Namiq HUN

XƏBƏR LENTİ
04 IYUN 2026
Zahid Oruc "seçici" kimi Paşinyana 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Bütün Xəbərlər