Yay mövsümündə zəhərlənməmək üçün nə etməliyik? – Mütəxəssis rəyi

Yay mövsümündə zəhərlənməmək üçün nə etməliyik? – Mütəxəssis rəyi
23.07.2025 16:56 Sağlamlıq

Yay aylarında qida təhlükəsizliyi ilə bağlı risklər artır. 

Qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov TodayPress TV-yə açıqlamasında bildirib ki, əsasən ev şəraitində hazırlanan qidalar zəhərlənmələrə səbəb olur: 

“İnsanlar düşünürlər ki, qida evdə hazırlanıbsa, heç bir risk ola bilməz. Ancaq əksinə, ev şəraitində hazırlanan mayonezli salatlar, çiy ətdən hazırlanan yeməklər, kolbasa və sosislər sanitar qaydalara əməl olunmadıqda daha ciddi təhlükə yaradır”. 

Ekspert vurğulayıb ki, ən böyük problemlərdən biri də evdə sanitar normalara riayət olunmamasıdır: 

“Toyuq ətini kəsdiyimiz bıçaqla başqa bir məhsulu doğramaq, eyni kəsmə taxtasından istifadə etmək, çiy və bişmiş məhsulları bir yerdə saxlamaq bakteriya və mikroorqanizmlərin yayılmasına şərait yaradır. Xüsusilə evdə soyuducuların texniki vəziyyəti, məhsulların düzgün yerləşdirilməməsi və temperatur rejiminin pozulması qida zəhərlənmələrinin əsas səbəblərindəndir”.

O əlavə edib ki, süd məhsullarının bişirilmədən istifadəsi, konservləşdirilmiş balıq və kolbasa məhsullarının düzgün saxlanılmaması ciddi risk daşıyır. Bişmiş yeməklərin düzgün qablaşdırılmaması və isidilmə zamanı tam bişməməsi də zəhərlənməyə səbəb ola bilər. 

Mütəxəssis qeyd edib ki, otaq temperaturunda uzun müddət saxlanılan bişmiş yeməklər, düzgün yuyulmayan yumurta, çiy və bişmiş məhsulların soyuducuda eyni səviyyədə yerləşdirilməsi mal qonşuluğunun pozulmasıdır və bu da zəhərlənməni artıran faktorlardandır.

“İnsanlar evdə buz hazırlayır, amma istifadə etdikləri suyun təmiz olub-olmamasına fikir vermirlər. Eyni zamanda, buzun saxlandığı mühitin sanitar vəziyyəti də nəzərə alınmır. Yay aylarında insanlar daha məsuliyyətli davranmalı, sadə sanitar normalara əməl etməli, soyuducu və qida saxlanma şərtlərinə ciddi nəzarət etməlidirlər”, - deyə İlkin Şirinov fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

FOTOLAR

Yay mövsümündə zəhərlənməmək üçün nə etməliyik? – Mütəxəssis rəyi — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Bütün Xəbərlər