Uşaqlıqdan sağlam qidalanma yaşlılıqda yaddaşı gücləndirir
Sağlam qidalanma yaddaşı qoruyur
TodayPress TV "Lenta.ru" ya istinadən xəbər verir ki, yeni tədqiqatlar göstərib ki, uşaqlıqdan etibarən davamlı sağlam qidalanma yaşlılıqda yaddaşın güclü olmasına və demensiya riskinin azalmasına kömək edir.
1946-cı il Britaniya Kohort Tədqiqatının məlumatlarını təhlil edən alimlər müəyyən ediblər ki, ömür boyu yüksək keyfiyyətli pəhriz saxlayan insanların koqnitiv performansı daha yüksək olur, pis qidalananlarda isə demensiya əlamətləri 4–7 faiz daha çox müşahidə olunur.
Mütəxəssislər vurğulayır ki, burada əsas amil birdəfəlik pəhriz deyil, uzunmüddətli sağlam qidalanma vərdişlərinə riayətdir.
Jalə Rövşən