Arıqlamaq yalnız bədəni deyil, zehni də dəyişdirir

Arıqlamaq yalnız bədəni deyil, zehni də dəyişdirir
05.03.2026 18:15 Sağlamlıq

Kilo vermək prosesi fiziki dəyişikliklərlə yanaşı, zehni və emosional vəziyyətə də təsir göstərir.

TodayPress TV  "Haber Türk"ə istinadən xəbər verir ki, bunu Psixoloq Jülide Unutmaz bildirib.

“Arıqladıcı dərmanlar və cərrahi üsullar kilo itkisinə səbəb ola bilər, amma şəxs psixoloji olaraq hazır deyilsə, nəticələr uzun müddətli olmur",- həkim deyib. 

Uzman psixoloq vurğulayıb ki, sürətli kilo itkisi bədənlə yanaşı zehni də təsir edir. “Uzun illər artıq çəki ilə yaşayan insanlarda yeni bədəninə alışmaq çətin ola bilər. Güzgüdəki görüntü ilə özünüqavrayış həmişə eyni olmur. Ətrafdan gələn diqqət bəzi insanlarda özünəinamı artırsa da, bəzilərində narahatlıq və nəzarət ehtiyacını gücləndirir,” deyə, o,  əlavə edib. 

O qeyd edib ki, yemək davranışı yalnız aclıqla bağlı deyil: “Yemək çox vaxt emosional ehtiyacları qarşılamaq üçün istifadə olunur. Kilo vermək zamanı bu vərdiş məhdudlaşdırıldıqda, əvvəllər gizli qalan emosiyalar üzə çıxır. Buna görə sağlam kilo idarəçiliyi həm bədəni, həm də zehni dəyişiklikləri nəzərə almalıdır.”

Psixoloq xatırladıb ki, kilo itkisi hər problemi həll etmir: “Bədən dəyişdikdə özünəinamın və həyat doyumunun artacağını düşünmək doğru deyil. Zehni hazırlıq olmadan kilo itkisi uzunmüddətli xoşbəxtlik gətirməyə bilər.”

Jalə Rövşən 

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Все новости