103 yaşlı kişi bu yaşa necə gəlib çıxdığını açıqladı
ABŞ sakini Ceyms Snid 103 yaşında sağlam və fəal qalmasının sirrini bölüşüb.
TodayPress TV xəbər verir ki, “The Healthy” nəşrinin məlumatına görə, Snid uzunömürlülüyünü hələ 1930-cu illərdə müəllimindən eşitdiyi bir şüarla əlaqələndirib.
O deyib: “Yaxşı, daha yaxşı, ən yaxşı — yaxşı daha yaxşı olana və ən yaxşı ən yaxşı olana qədər dayanma.”
1922-ci ildə anadan olan Snid "Böyük Depressiya" dövrünü yaşayıb və İkinci Dünya Müharibəsi zamanı tank sürücüsü kimi xidmət edib. Müharibədən sonra o, ailə qurub, ev tikib və beş uşaq böyüdüb. Eyni zamanda, qaradərililərin vətəndaş hüquqları uğrunda fəal mübarizə aparıb.
Onun həyat yoldaşı isə yalnız ağdərililərin təhsil aldığı məktəbdə çalışan ilk qaradərili müəllimlərdən biri olub.
Jalə Rövşən