Komor adaları şəhərsalmanı uzunmüddətli dayanıqlılıq strategiyası ilə planlaşdırır

Komor adaları şəhərsalmanı uzunmüddətli dayanıqlılıq strategiyası ilə planlaşdırır
21.05.2026 13:58

“Dayanıqlılıq bir gündə həll olunan məsələ deyil, strateji planlaşdırma tələb edir”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada Komor adalarının Ərazi Planlaşdırılması Nazirliyinin Şəhərsalma və Torpaqdan İstifadə üzrə direktoru Mohamed Abdu deyib.

O bildirib ki, Komor adalarında şəhər və ərazi planlaşdırılması hər bir ada üzrə xüsusi inkişaf planları vasitəsilə həyata keçirilir:

“Ölkənin üç əsas adasının hər biri üçün ərazi planlaşdırma sxemi və şəhər inkişaf planı hazırlanır və artıq ən kiçik ada üçün bu planlar tətbiq edilib. Bu yanaşmanın məqsədi problemləri təsadüfi deyil, planlı və elmi əsaslarla həll etməkdir. Dayanıqlılıq qısa müddətli deyil, uzunmüddətli strategiyadır”. 

Direktor bildirib ki, effektiv dayanıqlılıq siyasəti üçün ərazinin dəqiq tanınması və risklərin düzgün qiymətləndirilməsi vacibdir:

“Komor adalarında sahil zonaları üzrə aparılan araşdırmalar bu ərazilərin yüksək həssaslığa malik olduğunu üzə çıxarıb. Çoxriskli xəritələşdirmə sistemi hazırlanaraq siklonlar, daşqınlar və dəniz səviyyəsinin qalxması kimi təhlükələr analiz edilir. Bu risklərin planlaşdırmaya inteqrasiyası dayanıqlı şəhər inkişafı üçün əsas şərtdir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Все новости