Köçəryan elə bir açıqlama verdi ki... ancaq "Bayraktar"la yumaq olar

Köçəryan elə bir açıqlama verdi ki... ancaq "Bayraktar"la yumaq olar
26.05.2026 15:54

Ermənistanın keçmiş prezidenti və hazırda müxalifət lideri Robert Köçəryan yenidən diqqət çəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Köçəryan Türkiyənin Cənubi Qafqazdakı artan rolunu vurğulayaraq bildirib ki, bu təsiri tarazlaşdıra bilən yeganə ölkə Rusiyadır.

O, Rusiyanı regionda əsas güc mərkəzi kimi görməyə davam edir və Ermənistanın Ankaranın güclənməsinə qarşı məhz Moskva ilə sıx əlaqələr qurmalı olduğunu qeyd edir.  Onun fikrincə, Rusiyasız heç bir balans mümkün deyil.

Bu yanaşma  “köhnə düşüncənin” klassik nümunəsidir. 

2020-ci il Vətən müharibəsindən, xüsusilə 2023-cü il hadisələrindən sonra Cənubi Qafqazda geosiyasi mənzərə tamamilə dəyişib. Rusiyanın regional təsiri əhəmiyyətli dərəcədə zəifləyib, Ukrayna müharibəsi isə bu prosesi daha da sürətləndirib.

Bu müddət ərzində isə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda yeni, daha güclü və dinamik tarazlıq yaradıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Zəngəzur dəhlizinin açılması perspektivi və Türk dünyasının birgə layihələri bu yeni reallığın əsas elementləridir.

Baş nazir Nikol Paşinyanın özü də 2020-ci ildən sonra bu dəyişikliyi qismən də olsa qəbul edərək siyasətini diversifikasiya etməyə çalışır. Köçəryan isə hələ də 90-cı və 2000-ci illərin Rusiya dominantlığı dövründə ilişib qalıb.

Seçki ərəfəsində bu cür açıqlamalar  daxili auditoriyaya hesablanıb və müxalifət bazasını saxlamaq cəhdidir. Amma reallıq ondan ibarətdir ki, Rusiyanın keçmişdəki “ağır çəkisi” artıq yoxdur.

Regionda yeni güc mərkəzi formalaşıb və bu mərkəzin də mərkəzində  Azərbaycan-Türkiyə birliyi dayanır. Köçəryan və onun kimi düşünənlər yaxşı anlayırlar ki, əgər yenidən köhnə oyunlara qayıtmaq istəsələr, bu dəfə də “Bayraktar”lar cavab verəcək. Regionda yeni qaydalar var və bu qaydaları Azərbaycanla Türkiyə yazır.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости