Bakıdan dünyaya çağırış: 3.5 milyard insanın mənzil...

Bakıdan dünyaya çağırış: 3.5 milyard insanın mənzil...
22.05.2026 13:34

WUF13 çərçivəsində qlobal mənzil böhranının həlli üçün çoxtərəfli əməkdaşlıq, innovativ maliyyələşmə və bütün səviyyələrdə koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, WUF13 qlobal mənzil böhranının həlli istiqamətində effektiv çoxtərəfliliyə, daha güclü tərəfdaşlıqlara, innovativ maliyyə mexanizmlərinə və bütün səviyyələrdə koordinasiyalı fəaliyyətə diqqət yönəldib:

“Forum təkcə miqyasına görə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq. Forum zamanı aparılan müzakirələrin, yaradılan imkanların və irəli sürülən həllərin konkret fəaliyyətlərə çevriləcəyi və dünyada 3,5 milyard insanı təsir edən mənzil və evsizlik problemlərinin aradan qaldırılmasına töhfə verəcəyi gözlənilir”.

Komitə sədri vurğulayıb ki, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 25-ci maddəsində qeyd olunduğu kimi, mənzil insan hüququdur və bu hüquq hər kəsin rifahı naminə təmin edilməlidir.

Anar Quliyev media nümayəndələrinin rolunu da xüsusi qeyd edib.

“WUF13 barədə məlumatların ictimaiyyətə çatdırılmasında sizin rolunuz çox vacibdir. Forumu işıqlandırmaqla onun məqsədlərinin, nailiyyətlərinin və müzakirələrinin qlobal ictimaiyyətə geniş şəkildə çatdırılmasını təmin edirsiniz”, – deyə o bildirib.

Komitə sədri əlavə edib ki, təşkilatçılar hər bir iştirakçının Bakıdan yalnız ilham almış şəkildə deyil, həm də güclü tərəfdaşlıqlar, aydın prioritetlər və yenilənmiş qətiyyətlə ayrılacağını ümid edir.

Anar Quliyev çıxışını “Tezliklə Meksikada görüşərik” sözləri ilə yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Все новости