“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum oldu

“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum oldu
14.07.2025 15:55 Mədəniyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri çərçivəsində ilk dəfə elan olunmuş “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. 

“Şuşanın ədəbi irsi və Zəfər tariximizdə əhəmiyyəti” mövzusunda keçirilən müsabiqənin təşkilində əsas məqsəd ədəbi mühitdə Şuşanın mədəni simasının bədii ifadəsini təşviq etmək, istedadlı qələm sahiblərinin üzə çıxarılması və onların yaradıcılığını stimullaşdırmaq olub.

Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yazarlar, eləcə də fərqli sahələrdə çalışan, sözə və ədəbiyyata xüsusi bağlılıq göstərən peşə sahibləri qatılıblar. Onlar təqdim etdikləri esselərdə Şuşanın xalqımızın tarixi yaddaşındakı mövqeyini, ədəbi-mədəni kimliyimizin formalaşmasında oynadığı rolu, eləcə də Zəfər tariximizdəki simvolik əhəmiyyətini özünəməxsus şəkildə ifadə ediblər. Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub.

Obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımıdan dəyərləndirilib.

Komissiya üzvləri tərəfindən mətnlərə müəyyən edilmiş cədvələ müvafiq olaraq qiymət verilib. Komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı esselər müsabiqənin qalibləri elan edilib:

• I yer – “Ruhun və tarixin qovuşduğu Şuşa”, müəllif: Təhminə Verdiyeva

• II yer – “Vaqifə müraciət”, müəllif: Natəvan Bağırova

• III yer – “Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”, müəllif: Elvin Əhməd

Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin qalibləri diplomla təltif olunacaq, eyni zamanda I yerin sahibi 2500 manat, II yerin sahibi 1500 manat, III yerin sahibi isə 1000 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi 17 iyul 2025-ci il tarixində Vaqif Poeziya Günləri çərçivəsində Şuşa şəhərində təşkil olunacaq.

Müsabiqədə iştirak edən bütün qələm sahiblərinə təşəkkür edir və onlara gələcək ədəbi fəaliyyətlərində uğurlar arzulayırıq.

XƏBƏR LENTİ
31 MAY 2026
HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Bütün Xəbərlər