Tarixin ən qorxulu filmi 45 yaşında: İki fərqli düşüncənin məhsulu

Tarixin ən qorxulu filmi 45 yaşında: İki fərqli düşüncənin məhsulu
21.05.2025 12:45 Mədəniyyət

1980-ci ilin 23-mayında ekranlara çıxan və tezliklə qorxu janrının klassikasına çevrilən Stenli Kubrikin “Şəfəq” (The Shining) filmi bu il 45 illiyini qeyd edir. Stiven Kinqin eyniadlı romanı əsasında çəkilən bu ekran işi zamanla təkcə qorxu filmləri arasında deyil, ümumiyyətlə kino tarixində kult statusu qazanıb. Cek Nikolsonun obrazı isə filmin simvoluna çevrilib.

TodayPress TV xəbər verir ki, romanın ideyası Stiven Kinqə 1974-cü ildə, həyat yoldaşı ilə Koloradodakı “Stanley” otelində keçirdiyi gecədə yuxusunda gəlib. Oğlu otelin dəhlizində qaçır, onu təqib edən isə “yanğın şlanqı” idi. Bu yuxudan doğan ideya nəticəsində Kinq "Şəfəq" romanını yazır və 1977-ci ildə nəşr etdirir. Əsərdə əsəb problemi olan müəllim Cek Torrans ailəsi ilə birlikdə “Overluk” adlı tənha otelə köçür və tədricən ağlını itirir.

Kinqin ruhlar və telepatiya ilə zəngin mistikasını Kubrik psixoloji realizmlə əvəz edib. Rejissor filmdə fantastikadan çox, insan təbiətindəki qaranlığı və ağlın tənəzzülünü araşdırmaqla maraqlanıb. Bu məqsədlə o, ssenarini özü və yazıçı Dayan Consonla birlikdə yenidən yazıb, Kinqin orijinal layihəsini isə kənara qoyub.

Baş rola Cek Nikolsonun seçilməsi Kinqin narazılığına səbəb olsa da, Kubrik ona tam güvənib. Vendi rolunu isə rejissor Şelli Dyuvallaya verib: onun zərif və narahat görünüşü personaj üçün ideal sayılıb.

Filmin çəkilişləri Britaniyadakı studiyada aparılıb. Otelin labirintvari interyeri və dəyişkən geometriyası sonradan çoxsaylı şərhlərə, konspirasiya nəzəriyyələrinə (məsələn, Holokost və ya hindu soyqırımı ilə bağlı) səbəb olub. “Şəfəq”in bu yöndə ən məşhur təhlili isə 2012-ci ilin sənədli filmi “Room 237”dir.

Qeyd edək ki, Kinq illərlə Kubrikin filmini tənqid edib və 1997-ci ildə öz ssenarisi ilə mini-serial formatında yeni versiyasını hazırlayıb. Ancaq əksər tənqidçilərə görə, Kubrikin versiyası daha güclü sənət əsəridir. Çünki qorxunun mənbəyi fövqəltəbii yox, insanın daxilindəki xaos kimi təqdim edilib.

Əslində “Şəfəq” bir rejissorla yazıçı arasında sənət mübarizəsinin nəticəsidir. Kubrik bu film vasitəsilə təkcə qorxu janrına öz möhürünü vurmadı, həm də Kinqin romanına yeni, daha dərin bir nəfəs qazandırdı. 45 il sonra belə, “Overluk” otelinin qaranlıq dəhlizləri hələ də izləyicilərin yaddaşından silinmir.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Bütün Xəbərlər