Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası oldu

Sumqayıt Dövlət Dram Teatrında  “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası oldu
19.05.2025 15:40 Mədəniyyət

Mayın 18-də Sumqayıt  Dövlət Dram Teatrında  yazıçı Kərim Həsənovun “Sehrli Yaylıq” əsəri əsasında eyniadlı adlı birhissəli uşaq tamaşasının premyerası olub.

TodayPress TV xəbər verir ki, yeni səhnə əsərinin quruluşçu rejissor gənc və istedadlı rejissor Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Zaur Rəşidov, xareoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır.

Nağılvari fantastik səhnə əsərində işləməyi sevməyən Eldar telefonda oyun oynamağı, rəqs eləməyi sevir. Evləri çirkləndirməyi, dağıtmağı, dərslərini diqqətdən kənarda qoymağı, məktəb yoldaşları kimi olmamağı anasını narahat edir. 

Bütün günü sevdiyi dəniz quldurları haqqında oynadığı oyun onu rahat yatmağa qoymur. Evdən tapdığı, nənəsinin sehirli adlandırdığı yaylığın xəyalı vasitəsilə məktəb yoldaşları ilə birlikdə adaya düşən Eldar burdada macərə axtarışındadır, hələdə işləmək istəmir. Arzuladığı dəniz quldurları ilə qarşılaşmağı onlarla keçitdiyi əyləncəli və qorxulu anlardan yorulan Eldar dostları ilə birlikdə evə qayıtmaq istəyir, lakin adaya düşməsində ona köməklik göstərən yaylığını tapa bilmir. Yaylığını isə onun sevdiyi dəniz quldurları oğurlayıb. Evə qayıda bilməyəcəyi qorxusu ilə yuxudan ayılan Eldar əslində bütün olanların yuxu olduğunu anlayır. 

Tamaşa vasitəsi ilə balaca teatrsevərlərimizə faydalı olmağı, evləri dağıtmamağı, ev işlərində valideyinlərinə kömək etməyi, felefonla az vaxt keçirtmək lazım olduğunu, dərslərini yaxşı oxumağı, ailəsinə, dövlətinə , millətinə yararlı vətəndaş ola bilməsi ön plana çəkilərək tamaşaçılara aşılanır.

Tamaşada Əməkdar artistlər Sədaqət Nuriyeva, Elmira Kərimova aktyorlar Sevda Cəlilova, Vəfa Qurbanova, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Elay Xasıyev, İlahə Səfərova, Elmir Mehdiyev, Kamran Muradlı, Məryəm Hüseynli, Aynur Hümbətova, Emil Həmidov, Günəş Bağırsoy, Səid Hüseynov, Şəhriyar Aşkari çıxış ediblər.

FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrında  “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası oldu — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Bütün Xəbərlər