Kuklaçılar qalib oldu

Kuklaçılar qalib oldu
16.09.2025 13:24 Mədəniyyət

Azərbaycan Dövlət Kukla Teatrı “Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində “NOMAD PUPPET”  I Beynəlxalq Kukla Teatrları Festivalında (9-14 sentyabr 2025-ci il) ölkəmizi layiqincə təmsil edib.

TodayPress TV xəbər verir ki, Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə türdilli ölkələri bir araya gətirən ilk sənət bayramı öz işini uğurla başa vurdu və təmsilçilərimiz festivalın "Milli ənənələrin qorunmasına görə" nominasiyasında qalib olublar.

Bundan başqa, teatrımıza festivalda yüksək səviyyədə iştiraka görə TÜRKSOY-un Baş katibi Sultan Raev adından Təşəkkürnamə də təqdim edilib.

Onu da qeyd edək ki, bütün qalib kollektivlər festivalın diplomları və pul mükafatları ilə təltif olunublar.

Yaradıcı heyət  üzvlərimiz qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy kökümüzlə bağlı hazırlanan “Yalquzaq” tamaşasını nümayiş etdiriblər.

Yazıçı-dramaturq Məhbubə Hacıyevanın  “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.

Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxır. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində  vizual həllə nail olunub.

Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.

Tədbirdə kukla teatrı üzrə əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı, kukla sənətinin təbliği və beynəlxalq səviyyədə tanıdılması məqsədilə memarandum da imzalanıb.

Kukla teatr sənətində müasir tendensiyaların təşviq olunması, tamaşaların səhnə təqdimatları vasitəsilə unikal xüsusiyyətlərinin nümayiş etdirilməsi, gənc nəslin estetik təhsilinə töhfə verilməsi, kukla teatr sənətinin beynəlxalq nüfuzunun artırılması və effektiv istifadəsi kimi məqamları önə çıxaran sənəd sonrakı əməkdaşlıq üçün uğurlu təməl hesab oluna bilər.

TodayPress TV

FOTOLAR

Kuklaçılar qalib oldu — 1
Kuklaçılar qalib oldu — 2
Kuklaçılar qalib oldu — 3
Kuklaçılar qalib oldu — 4
XƏBƏR LENTİ
01 IYUN 2026
Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 Bütün Xəbərlər