Yox olmaq təhlükəsində olan peşələr bəlli oldu

Yox olmaq təhlükəsində olan peşələr bəlli oldu
18.05.2026 04:00 Maraqlı

Texnologiyanın inkişafı, sənayeləşmə və dəyişən həyat vərdişləri bir zamanlar insanların imtina edə bilmədiyi bir çox peşəni tarixin tozlu səhifələrinə gömərkən, bəzilərinə isə yeni fürsətlər təqdim edib.

Cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edən bəzi peşələr zaman keçdikcə ya yoxa çıxıb, ya da müasir dünyanın tələblərinə uyğun olaraq formasını dəyişərək günümüzə qədər gəlib çatıb. Bu çərçivədə, at arabaçısının yerini taksiçi və sürücü, karvançının yerini loqistika firmaları, makinaçının yerini kompüter mütəxəssisi, poçtalyonun yerini kuryer şirkətləri və rəqəmsal rabitə vasitələri tutub.

Bundan əlavə, yun didən şəxslərin yerini hazır yorğan istehsalçıları, səbətçilərin yerini qablaşdırma mütəxəssisləri, dülgərlərin (xarrat) yerini isə mebel istehsalçıları alıb. Su satanların yerini su satış məntəqələrinə, odunçu və kömürçülər isə yerini qaz bayilərinə verib. Küçə carçılarını sosial media mütəxəssisləri, sirk ustalarını və hoqqabazları isə rəqəmsal məzmun yaradıcıları (bloqerlər) əvəz edib.

TodayPress TV yox olmaq üzrə olan peşələri təqdim edir:

İstanbul Sənətkarlar və Tacirlər Odaları Birliyinin (İSTESOB) sədri Mesut Şengün bildirib ki, peşələr zamanla formasını dəyişir. O, qeyd edib ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı siyahıya görə, 123 peşə artıq "yox olmaq təhlükəsində olanlar" sinfinə daxildir. Dövlət bu peşələri qorumaq üçün vergi güzəştləri tətbiq etsə də, günün şərtləri bu sənətləri transformasiyaya məcbur edir. Məsələn, əvvəllər əllə ərizə yazan arzuhalçılar indi kompüterdə sənəd hazırlayan şəxslərə çevriliblər.

Şengün texnologiyanın usta-şagird münasibətlərini zəiflətdiyini də vurğulayıb. O bildirib ki, sənətkarlar belə artıq uşaqlarının bu sahədə deyil, "ağ yaxalı" (ofis işçisi) olmasını istəyirlər.

Dünya miqyasında sənətkar qıtlığı yaşandığını deyən Şengün qeyd edib ki, ölkələrin hələ də elektrik ustalarına, santexniklərə və ya mebel ustalarına ehtiyacı var. Lakin gənclər bu sahələrə yönəlmədiyi üçün böyük bir boşluq yaranıb. Bu problem Avropada da var və hətta bir çox ölkələr sənət sahibi olan şəxslərə iş şəraiti qurmaq üçün oturum icazəsi belə verirlər.

Ən çox itki verən sektorlar

Məlumata görə, yorğan tikənlər, ayaqqabı ustaları, tərlikçilər və hamamçılar bu dəyişiklikdən ən çox mənfi təsir görən və üzvlərinin sayı ən çox azalan sahələrdir. Digər tərəfdən, gözəllik sektoru, nəqliyyat və qida sahələri texnoloji inkişafdan ən çox qazanan tərəf olub. Xüsusilə çatdırılma xidmətlərinin artması ilə kuryerlərin sayı kəskin çoxalıb.

Sonda Şengün əl işinin əhəmiyyətini vurğulayaraq bildirib ki, fabrik istehsalı olan bir mebel ucuz və cəlbedici görünə bilər, lakin ustanın əl işi həm daha zövqlüdür, həm də daha uzunömürlüdür. Eyni şey dərzilik üçün də keçərlidir; fabrik istehsalı geyimlər əlçatan olsa da, dərzi tərəfindən xüsusi tikilən bir kostyumu illərlə keyfiyyətini itirmədən geyinmək mümkündür.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Все новости