Atasının “uğurlu” rəqəmləri britaniyalıya milyon qazandırdı

Atasının “uğurlu” rəqəmləri britaniyalıya milyon qazandırdı
25.03.2026 19:00 Интересное

Böyük Britaniya sakini atasının seçdiyi “uğurlu” rəqəmlərlə lotereyada 1 milyon funt sterlinq qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Məlumata görə, 56 yaşlı Şon Heys atasının illər əvvəl istifadə etdiyi rəqəmləri saxladığı dəftəri yenidən taparaq həmin kombinasiya ilə oynayıb.

O bildirib ki, atası 1994–2010-cu illərdə bu rəqəmlərlə lotereyada iştirak edib və Yeni il ərəfəsində bu ənənəni bərpa etmək qərarına gəlib.

Heys qələbəni həyat yoldaşı ilə pubda olarkən öyrənib. Zəif əlaqə səbəbindən o, qalibiyyətini təsdiqləmək üçün binanın daxilində siqnal axtarmağa məcbur olub.

Qalib qazandığı məbləği torpaq sahəsi olan ev almağa, həmçinin həyat yoldaşı ilə dünya turuna çıxmağa sərf etməyi planlaşdırır.

O əlavə edib ki, atasına minnətdardır və bu qələbə onların həyatını dəyişəcək.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости