SOCAR-ın xalis mənfəəti 14 % artdı

SOCAR-ın xalis mənfəəti 14 % artdı
09.12.2025 11:42 Maliyyə

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin I yarısını 1,761 milyard manat xalis mənfəətlə başa vurub.

TodayPress TV şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Yanvar-iyun aylarında SOCAR-ln vergiyəqədərki mənfəəti 2,373 milyard manat (1 il əvvələ nisbətən 18,35% çox), mənfəət vergisi ödəmələri isə 612 milyon manat (33,05% çox) təşkil edib.

Hesabat dövründə şirkətin satışdan gəlirləri 5,7% azalaraq 42,5 milyard manata düşsə də, satışının maya dəyəri bundan çox – 12,6% azalaraq 36,127 milyard manata düşüb. Son nəticədə kommersiya qurumunun ümumi mənfəəti 71,9% artaraq 6,373 milyard manata yüksəlib.

Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 96,47 milyard manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4% artaraq 47,144 milyard manata, balans kapitalı isə 1,4% artaraq 49,326 milyard manata çatıb.

Xatırladaq ki, SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 5,014 milyard manatdır. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 Все новости