Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu

Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu
14.07.2025 17:54 Kənd Təsərrüfatı

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxıda yerləşən heyvandarlıq və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, nazir əvvəlcə rayonun Kəlləxana kəndində yerləşən 150 baş südlük heyvandarlıq fermasına baş çəkib.

Ona burada görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, heyvandarlıq və südçülüyün inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, istehsalda müasir texnologiyaların tətbiqi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə müəssisənin fəaliyyəti, gələcək inkişaf planları, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialı və onun gücləndirilməsi üçün atılmalı olan addımlar, mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində M. Məmmədov kiçik şərab istehsalçılarının fəaliyyəti ilə tanış olub, rayonun Meysəri və Məlikçoban kəndlərində yerləşən, ev şəraitində şərab istehsalı ilə məşğul olan şərabçılıq təsərrüfatlarına baxış keçirib. O, bildirib ki, ənənəvi üsullarla hazırlanan yerli şərablar ölkəmizin mədəni irsinin, zəhmətin və ustalığın təcəssümüdür. Ənənəvi biliklərin müasir texnologiyalarla sintezi yerli məhsul keyfiyyətinin artırılmasını, ixrac potensialının genişləndirilməsini və aqroturizm imkanlarının möhkəmləndirilməsini və regionların sosial-iqtisadi inkişafını təmin edir. Kiçik şərabçılıq subyektlərinin dəstəklənməsi ölkənin şərabçılıq sektorunun dayanıqlı inkişafında və kənd təsərrüfatının şaxələndirilməsində mühüm əhəmiyyət daşıyır.

Görüşlərdə kiçik şərabçılar tərəfindən istehsal zamanı meydana çıxan çətinliklər, aqroturizmin genişləndirilməsi istiqamətində atılacaq addımlar və bu istiqamətdə hazırda görülən işlər barədə fikir mübadiləsi aparılıb. Kiçik şərab istehsalçılarının dəstəklənməsi istiqamətində araşdırmaların aparıldığı, bu sahənin inkişafının rayonun turizm potensialına töhfə verməklə istehsalçıların rifah halının yüksəlməsində əhəmiyyətli rol oynayacağı qeyd olunub.

FOTOLAR

Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu — 1
Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu — 2
Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu — 3
Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu — 4
Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu — 5
Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu — 6
Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu — 7
Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış oldu — 8
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Bütün Xəbərlər