Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi

Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi
18.07.2025 14:28 Kənd Təsərrüfatı

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, nazir əvvəlcə Kəlbəcər rayonunda ölkə Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Nümayəndəliyin əməkdaşları ilə görüşüb.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, bu sahədə cari vəziyyət və monitorinqlərin aparılması, Kəlbəcərdə keçirilməsi nəzərdə tutulan bal festivalının təşkilati məsələləri, aqroturizm təsərrüfatlarının yaradılması məsələləri müzakirə olunub. Səfər çərçivəsində nümayəndə heyəti rayon ərazisində yeni istifadəyə verilmiş arıçılıq məhsullarının satış mağazası və baytarlıq aptekinin fəaliyyəti ilə tanış olublar.

Daha sonra nümayəndə heyəti Kəlbəcərdə yaylaqlara köç etmiş heyvandarlıq və arıçılıq təsərrüfatlarına baş çəkib, yaylaqların ümumi vəziyyəti, heyvanların saxlanma şəraiti, məhsuldarlıq göstəriciləri və baytarlıq tədbirləri ilə maraqlanıblar. Görüşdə iştirak edən fermerlərlə aqrar sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlər heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

FOTOLAR

Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi — 1
Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi — 2
Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi — 3
Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi — 4
Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi — 5
Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi — 6
Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi — 7
Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi — 8
Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkdi — 9
XƏBƏR LENTİ
02 IYUN 2026
Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Bütün Xəbərlər