Saxta xəbərin toruna necə düşürük?

Saxta xəbərin toruna necə düşürük?
18.06.2025 17:10 İKT

"Saxta xəbərin toruna düşmə hallarını biz təcrübəsiz, daha az peşəkar internet xəbər saytlarında görürük. Belə vəziyyətlərdə ənənəvi media qurumları, xüsusilə də televiziyalar daha təmkinli davranır". 

Yeni media üzrə tədqiqatçı Səbinə İzzətli bu fikirləri TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, qaynaqlar birinci və ikinci dərəcəli olur. Buna görə də rəsmi qurumların, birinci dərəcəli qaynaqların məlumatı təsdiqləməsi olduqca vacibdir. 

Tədqiqatçı vurğulayıb ki, xüsusilə televiziyanın təsdiqlənməmiş məlumat yayması saxta informasiyanın necə tez yayıla biləcəyini göstərir. 

"Təəssüflər olsun ki, heç də bütün saytlar təkzibi vermir. Hələ də axtarış edəndə köhnə saxta xəbəri bəzi saytlarda tapmaq olur. Bu fakt bir daha sübut edir ki, informasiya müharibəsinin gücləndiyi indiki dövrdə jurnalistlər yayılan məlumatların dəqiqliyinə xüsusilə diqqət yetirməlidirlər. Saxta xəbərin fərqində olduqda isə təkzibi gecikdirmədən vermək vacibdir".

Müəllim qeyd edib ki, xüsusilə müharibə kimi həssas dönəmlərdə rəsmi qurumlar da bir qədər çevik davranmalıdırlar, sosial mediada yayılan kütləvi saxta xəbərləmələrə anında reaksiya verməlidirlər. 

"Bəzən sırf rəsmi informasiya boşluğundan qaynaqlana bilir saxta xəbərlər, meydan boş olur, kim necə gəldi informasiya ilə manipulyasiya edə bilir. Buna aldanmamaq üçün hökmən xəbər qaynaqlarının etibarlılığını yoxlamalı, məlumatın doğuracağı əks-sədanın eyforiyasına qapılmadan peşəkarcasına xəbər hazırlamağı birinci prioritet etmək lazımdır. Həssas mövzuların işıqlandırılması zamanı öncə həqiqət, sonra operativlik olmalıdır", deyə Səbinə İzzətli fikrini yekunlaşdırıb.

Qeyd edək ki, İsrail-İran müharibəsinin başladığı gündən Mahmud Əhmədinejada sui-qəsd xəbərləri yayılmağa başlayıb. Lakin İranın rəsmi xəbər agentliyi "İRNA" Əhmədinejadın ofisinə istinadən bu məlumatı təkzib edib.

Türkan İsgəndərli

FOTOLAR

Saxta xəbərin toruna necə düşürük? — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Bütün Xəbərlər