Kerrik: “Möcüzə resepti yoxdur, yalnız ağır iş var
Maykl Kerrik “Маnçester Yunayted” komandasının daha da güclənməsi üçün vacib məqamlardan danışıb.
TodayPress TV xəbər verir ki, mankunianların baş məşqçisi komandanın inkişafı üçün davamlı çalışmalı olduqlarını bildirib.
Kerrik hazırkı vəziyyətlə hədəflər arasındakı fərqin düzgün qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb:
“Harada olduğumuzu və hara çatmaq istədiyimizi anlamalıyıq. Bunun üçün hansı addımların lazım olduğunu da bilməliyik”.
İngiltərəli mütəxəssis komandanın artıq böyük yol keçdiyini qeyd edib:
“Hazırda olduğumuz nöqtəyə çatmağın özü inanılmazdır. Futbolçular bunu haqq edib. Sadəcə daha yaxşı olmağa davam etməliyik”.
Kerrik Premyer Liqada zirvəyə yüksəlməyin getdikcə çətinləşdiyini də bildirib:
“Nə qədər yuxarı qalxmaq istəyirsənsə, hər addım bir o qədər ağır olur. Böyük addımlar atmalısan, amma onların hər biri daha çətin başa gəlir”.
Baş məşqçi heyətin inkişaf etdirilməsinin vacibliyini qeyd etsə də, bunun mövcud futbolçulara qarşı irad olmadığını söyləyib:
“Bizim yaxşı futbolçularımız var. Sadəcə inkişaf etməyə davam etməliyik. Əgər transfer lazım olsa, bunun üzərində işləyəcəyik. Gənc oyunçular da bizə kömək edə bilər”.
Qeyd edək ki, “Mançester Yunayted” daha əvvəl Premyer Liqada mövsümü üçüncü pillədə başa vurmağı təmin edib.
Namiq HUN