Azərbaycan çempionunu ÇL-də təhlükəli rəqiblər gözləyir!

Azərbaycan çempionunu ÇL-də təhlükəli rəqiblər gözləyir!
18.05.2026 15:25 İdman

“Sabah” klubunun UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

TodayPress TV “haqqin.az” saytına istinadən xəbər verir ki, turnirin 1-ci təsnifat mərhələsində 28 komanda iştirak edəcək. Azərbaycan çempionu 14 səpələnməmiş klub arasında yer alacaq.

“Bayquşlar”ın qarşılaşa biləcəyi 14 komandadan 13-ü məlumdur:

- “Şemrok Rovers” (İrlandiya)

- KUPS (Finlandiya)

- “Drita” (Kosovo)

- “Linkoln Red İmps” (Cəbəllütariq)

- “Borats” (Bosniya və Herseqovina)

- “Vikinqur” (İslandiya)

- “Kayrat” (Qazaxıstan)

- “Universitatya Krayova” (Rumıniya)

- “Riqa” (Latviya)

- “Klaksvik” (Farer adaları)

- “Flora” (Estoniya)

- “Larn” (Şimali İrlandiya)

- “Petrokub” (Moldova)

14-cü rəqib Uelsin TNS klubu ola bilər. Bu, Ermənistan çempionatının nəticəsindən asılıdır. Çempionluq uğrunda “Ararat-Armenia” və “Noa” klubları mübarizə aparır. “Ararat-Armenia” çempion olsa, TNS səpələnmişlər sırasına düşəcək və “Sabah”ın mümkün rəqiblərindən biri olacaq. “Noa” çempion olacağı halda isə reytinqinə görə TNS-i üstələyərək onun yerini tutacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 7/8-i və 14/15-də baş tutacaq.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Все новости