Vaşinqtondakı hadisənin arxasında kim var? Mümkün səbəblər

Vaşinqtondakı hadisənin arxasında kim var? Mümkün səbəblər
26.04.2026 12:26 Актуально

"Dürüst desək, elə də bir təşkilli terror hadisəsi deyil bu. Bir nəfərin, naşı psixin özfəaliyyətidir".

TodayPress TV xəbər verir ki, bunu politoloq İlqar Altay  Vaşinqtonda Trampın iştirakı ilə keçirilən tədbirdə baş verən hadisə ilə bağlı danışarkən deyib.


O qeyd edib ki, ilkin məlumatlara görə, atışma Ağ Evdə deyil, Vaşinqtondakı "Hilton" otelində qeydə alınıb: "Tramp və ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri üçün təşkil edilən şam yeməyindən sonra daxili görüşlər keçirilib.Məlumata əsasən, hücum edən şəxs otelin bitişik korpusunda qalırmış. O, ov tüfəngi (qısa Winchester tipli silah) və əlavə olaraq tapança ilə yanaşı bir neçə bıçaq da üzərində gəzdirib. Şəxs qonaqların olduğu korpusa daxil olmaq üçün binaarası koridordan istifadə etməyə çalışıb. Keçid məntəqəsində təhlükəsizlik yoxlanışı zamanı qəfil atəş açaraq mühafizə polisini hədəf alıb. Güllə zirehli jiletdən dəyərək keçdiyi üçün ciddi xəsarət qeydə alınmayıb.Hadisədən sonra təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib, tədbir iştirakçıları ehtiyat tədbiri olaraq təxliyə olunub və prezident də daxil olmaqla qonaqlar təhlükəsiz əraziyə çıxarılıb. Qısa müddət ərzində hücum edən şəxsin kimliyi müəyyən edilib. Onun Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allan olduğu, ali təhsilli müəllim işlədiyi və əvvəlki dövrlərdə psixoloji müalicə aldığı bildirilir.

"Polis hadisə ilə bağlı geniş araşdırma aparır. Kamera görüntüləri araşdırılır, şahidlər dindirilir və atışmanın motivləri dəqiqləşdirilir. Şübhəlinin yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağı gözlənilir,- o, əlavə edib.

İlqar Altay vurğulayıb ki, Prezident Tramp hadisəyə münasibət bildirərək bunun ona qarşı planlaşdırılmış bir sui-qəsd cəhdi olduğunu qeyd edib. Lakin təhlükəsizlik xidmətləri vəziyyətə operativ və peşəkar şəkildə müdaxilə ediblər.

"Ümumilikdə, hadisənin təşkil olunmuş terror aktı olmadığı, daha çox fərdi və psixoloji problemləri olan bir şəxsin təkbaşına həyata keçirdiyi hərəkət olduğu ehtimal edilir",- analitik fikrini tamamlayıb.

Jalə Rövşən 

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости