Ötən il dövlət satınalmalarında uyğunsuzluqlar aşkarlanıb

Ötən il dövlət satınalmalarında uyğunsuzluqlar aşkarlanıb
09.09.2025 17:34 Maliyyə

Ötən il Azərbaycanda dövlət satınalmalarında müqavilə qiymətləri ilə əvvəlcədən hesablanmış ehtimal olunan qiymətlər arasında kəskin fərqlər yaranıb.

TodayPress TV bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Belə ki, ötən il 1545 satınalma üzrə yekun protokol qiyməti ehtimal olunan qiymətdən 20-30% az olmaqla, bu müqavilələrin ümumi məbləği 533,6 milyon manat, fərq isə 172,1 milyon manat təşkil edib. 1133 satınalma üzrə bu fərq 30-40% arasında dəyişib. Fərq 111,3 milyon manat, müqavilə məbləği isə 221,4 milyon manat olub. 755 satınalma üzrə 40-50% fərq müşahidə edilib. 64,2 milyon manatlıq bu müqavilələrdə 50,8 milyon manat fərq yaranıb. Nəhayət, 796 satınalma müqaviləsində qiymət fərqi 50%-dən də çox olub. Bu müqavilələrin cəmi məbləği 42,6 milyon manat olsa da, fərq 83,4 milyon manata bərabərdir, bu isə ehtimal olunan dəyərin demək olar ki, ikiqatı qədərdir.

Ötən il Azərbaycanda 2259 satınalma ləğv olunub ki, bu, bütün müsabiqə əsaslı satınalmaların 23%-i deməkdir. Bu satınalmaların ehtimal olunan dəyəri 750 milyon manat olub. Bu rəqəm baş tutmuş satınalmaların ehtimal olunan qiymətinin 14,4%-ni təşkil edir.

2024-cü ilin satınalma hesabatında bəzi hallarda 2025-ci ilin büdcə vəsaiti hesabına nəzərdə tutulmuş satınalmaların da yer aldığı müşahidə olunub ki, bu da hesabatlılıqda dəqiqlik baxımından suallar doğurur.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Bütün Xəbərlər