Növbəti sertifikasiya imtahanları keçiriləcək

Növbəti sertifikasiya imtahanları keçiriləcək
14.06.2025 12:09 Elm və Təhsil

Növbəti həftə keçiriləcək imtahanlarda təxminən 22 min nəfər təhsilverənin iştirakı nəzərdə tutulur.

Əməkhaqqısını diffensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox  olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Zəkalar” liseyində keçirilən Son Zəng tədbirində iştirakı zamanı deyib.

Qeyd edim ki, prosesə hazırlıq yekunlaşmaq üzrədir. Sertifikatlaşdırma prosesinin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olunur. 

Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Proses müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətli təhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir. 

Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir.

2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. 

Bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diffensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq.

XƏBƏR LENTİ
31 MAY 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Bütün Xəbərlər