Magistratura səviyyəsində 10 ixtisas qrupunun 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edildi

Magistratura səviyyəsində 10 ixtisas qrupunun 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edildi
19.05.2025 14:37 Elm və Təhsil

Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. 

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiya üzvləri və Nazirliyin rəsmiləri iştirak ediblər. 

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev iclasın gündəliyində duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Nazir müavini Komissiyanın tərkibində müvafiq ixtisaslar üzrə yeni təhsil proqramlarının hazırlanması ilə bağlı yaradılmış İşçi qruplarının üzvlərinə prosesdə aktiv iştirak etdiklərinə görə təşəkkürünü bildirib. 

İclasda komissiya üzvləri ilə birgə magistratura səviyyəsində təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxış edənlər ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun olaraq magistratura səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasının vacibliyini vurğulayıblar. 

Daha sonra təqdimatla çıxış edən komissiyanın üzvü, nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə ixtisaslaşmaların yeni siyahısı və magistratura səviyyəsi üzrə təhsil proqramlarının çərçivə sənədinin yekun versiyası haqda iştirakçılara məlumat verib.

Şöbə müdiri əlavə edib ki, İşçi qrupları tərəfindən magistratura səviyyəsində 10 ixtisas qrupunun ümumilikdə 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edilib.  Görüş iştirakçılarının müzakirələrinə əsasən səsvermə nəticəsində sənədlərə razılıq verilib.  İclas müzakirə formatında davam etdirilib. 

Qeyd edək ki, sözügedən Komissiyanın tərkibində Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisas qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və Səhiyyə ixtisasları qrupu olmaqla 9 İşçi qrupu yaradılıb. İşçi qruplarına sədrlik ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarından nümayəndələr olmaqla yeni həmsədrlik mexanizmi əsasında həyata keçirilir.

İşçi qruplarının həmsədrləri eyni zamanda Nazirlikdə yeni təhsil proqramlarının hazırlanması məqsədi ilə yaradılmış Komissiyanın üzvləridir.

FOTOLAR

Magistratura səviyyəsində 10 ixtisas qrupunun 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edildi — 1
Magistratura səviyyəsində 10 ixtisas qrupunun 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edildi — 2
Magistratura səviyyəsində 10 ixtisas qrupunun 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edildi — 3
Magistratura səviyyəsində 10 ixtisas qrupunun 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edildi — 4
Magistratura səviyyəsində 10 ixtisas qrupunun 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edildi — 5
Magistratura səviyyəsində 10 ixtisas qrupunun 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edildi — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Bütün Xəbərlər