Dil milli kimliyin əsas sütunudur – Professor

Dil milli kimliyin əsas sütunudur – Professor
08.01.2026 17:11 Elm və Təhsil

Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibə zamanı Azərbaycan dili məsələsinə də toxunaraq dilimizi bütün dövrlərdə qoruduğumuzu bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dilini qorumaq hər kəsin vəzifəsidir və hamını bu mübarizəyə qoşulmağa dəvət edib. 

Bəs hazırda dilimizdə hansı nöqsanlar var və onları necə qoruya bilərik?

Mövzuya münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva TodayPress TV-yə bildirib ki, Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə dil məsələsinə xüsusi həssaslıqla yanaşılması təsadüfi deyil.


Onun sözlərinə görə, dövlət başçısının Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə media üçün ciddi mesajdır:

"Prezidentin daha əvvəl AMEA-nın 80 illik yubiley tədbirində də televiziya məkanında xarici sözlərdən yersiz istifadənin yolverilməz olduğunu açıq şəkildə vurğulaması problemin nə qədər ciddi olduğunu göstərir. Dil siyasəti dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir və Prezidentin “Dilimiz heç bir dilin kölgəsində ola bilməz! Xarici kəlmələr milli kimliyimizi damcı-damcı sarsıdır” ifadəsi məhz dilə münasibətlə birbaşa bağlıdır. İnsanın ana dilində danışıq tərzi onun vətənə, tarixə və milli kimliyə münasibətinin göstəricisidir. Biz necə danışırıqsa, vətənimizi, xalqımızı və tariximizi də o qədər sevirik. Dil milli kimliyin əsas sütunudur və bu sütun sarsılarsa, dövlətçilik də təhlükə altına düşər".

Professor xatırladıb ki, Azərbaycan dili tarix boyu müxtəlif imperiyaların təsiri altında olsa da, öz müstəqilliyini qoruyub saxlayıb.

O əlavə edib ki, dilimiz nə ərəb, nə fars, nə də rus imperiyasının təsiri altında öz mahiyyətini itirməyib, əksinə, güclənib və müasir dövrə qədər gəlib çatıb:

"Azərbaycan dili cəmi 44 gün ərzində hərbin dili oldu və zəfərin dili kimi tarixə düşdü. Belə olan halda Azərbaycan dilində səlis danışmamaq hətta qəbahət sayılır. Bu, dilə, tariximizə və vətəndaşlıq məsuliyyətimizə qarşı laqeydlik deməkdir. Televiziya məkanında dil normalarını pozan şou proqramlar əvəzinə şair və yazıçıların iştirakı təşkil olunmalıdır. Bu həm gənclərə, həm də şagirdlərə ana dilinin gözəlliyini aşılamaq baxımından da mühüm və əhəmiyyətli rol oynayır".

Dilçi dərsliklərin və müəllimlərin rolunu da xüsusi qeyd edərək vurğulayıb ki, dərs vəsaitləri milli ruhda hazırlanmalı, müəllimlər  ədəbi dildə nümunəvi şəkildə danışmalıdırlar. 

O bildirib ki, bu gün müstəqil Azərbaycanda ana dilini qorumaq üçün bütün imkanlar var və bu fürsət əldən verilərsə, gələcək nəsillər bunu bizə bağışlamayacaqdır:

"Azərbaycan dilinin qorunması hər kəsin birgə məsuliyyətidir. Yaxşı vətəndaş olmaq üçün ana dilində mükəmməl danışmaq və yazmaq vacibdir. Gənclərimiz dili sevməli, dialektlərimizdən gözəl ifadələri götürərək dilin lüğət tərkibini zənginləşdirməlidirlər. Xarici kəlmələrin dilə daxil olmasına qarşı mübarizə aparmalıdırlar. Əlinə qələm alan hər kəs anlamalıdır ki, Azərbaycan dilində düzgün yazmaq və danışmaq xalqımıza, mədəniyyətimizə və gələcək nəsillərə hörmət deməkdir”, – deyə Sevinc Əliyeva fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Все новости