Pinqvinlərin köməyi ilə zəhərli maddələr aşkar etdilər

Pinqvinlərin köməyi ilə zəhərli maddələr aşkar etdilər
11.05.2026 07:00 В мире

Tədqiqatçılar Magellan pinqvinlərinin əiştirakı ilə Argentinanın ən ucqar cənub ərazilərində təhlükəli "əbədi kimyəvi maddələr" tapıblar. Bunun üçün mütəxəssislər quşlara su, hava və müxtəlif səthlərdən kimyəvi birləşmələri özünə çəkən xüsusi silikon halqalar taxıblar.

TodayPress TV xəbər verir ki, bu məlumatı CNN yayıb.

Kaliforniya Universitetinin vəhşi təbiət üzrə baytarı Ralf Vanstrels bildirib ki, mütəxəssislər ekoloji çirklənmə səviyyəsini yoxlamaq üçün çoxdan fərqli metodlar axtarışında idilər. O, insanların nümunə toplamaq məqsədilə istifadə etdiyi qolbaqlardan yararlanmaq qərarına gəlib. Bu fikrini o, Baffalo Universitetinin tədqiqatçısı Diana Aqa ilə bölüşərək birgə işə başlayıb.

Üç mövsüm davam edən tədqiqatlar zamanı elmi qrup 55 pinqvindən nümunə götürüb. Halqaların 90 faizindən çoxunda bir çox müasir məişət məhsullarında tətbiq edilən sintetik kimyəvi maddələr qrupu - polifüoralkil birləşmələr (PFAS) aşkarlanıb. Yüksək istiliyə dözümlü olan PFAS-ın təbii yolla parçalanması çox çətindir. Bu maddələr xərçəng xəstəliyi də daxil olmaqla, ciddi sağlamlıq problemlərinə yol aça bilir.

PFAS konsentrasiyası yüksək olmasa da, alimlər tərəfindən mütəmadi olaraq qeydə alınıb. Vanstrels vurğulayıb: "Bu fakt göstərir ki, hətta əhalinin az yaşadığı, ən ucqar bölgələrdə belə heyvanlar davamlı olaraq bu cür zərərli maddələrin təsirinə məruz qalırlar".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Все новости