Britaniya: Rusiya “taktiki nüvə silahı”nı tətbiq edə bilər

Britaniya: Rusiya “taktiki nüvə silahı”nı tətbiq edə bilər
04.06.2025 12:29 Dünya

“Rusiya yaxın zamanlarda Ukrayna ilə müharibədə taktiki nüvə silahı tətbiq edə bilər”. 

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” qəzetində britaniyalı polkovnik Riçard Kemp yazıb.

Kempin iddiasına görə, Vladimir Putin artıq dəfələrlə bu tip silahdan istifadəyə hazır olduğunu bildirib və bu mesajlar tez-tez dövlət nəzarətindəki media vasitəsilə dolaylı şəkildə çatdırılıb.

“Putin hesab edə bilər ki, adi nüvə başlığından daha zəif gücə malik belə bir cihazı ataraq, özünün “məğlubedilməzliyini” nümayiş etdirə və Zelenskini təslim olmağa məcbur edə bilər”, – deyə müəllif vurğulayır.

Məqalədə bildirilib ki, ABŞ dəfələrlə Rusiyanın taktiki nüvə silahından istifadəsinə icazə verməyəcəyini bəyan etsə də, prezident Donald Trampın Avropanın müdafiəsinə dair öhdəlikləri ilə bağlı qeyri-müəyyən mövqeyi Kremldə risk etməyə təşviq kimi dəyərləndirilə bilər.

Kempin fikrincə, Rusiyanın yaxın günlərdə Ukraynanın hərbi hava bazalarından birinə zərbə endirməsi mümkündür – bu, Rusiya bombardmançılarının son hücumda məhv edilməsinə birbaşa cavab ola bilər.

Polkovnik qeyd edir ki, bu cür hücum NATO mütəxəssislərinin, o cümlədən bölgədə gizli şəkildə Ukraynaya dəstək verən britaniyalı əsgərlərin həlak olması ilə nəticələnə bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Bütün Xəbərlər