Həqiqəti göstərən kameranın sahibi: Çingiz Mustafayevin doğum günüdür

Həqiqəti göstərən kameranın sahibi: Çingiz Mustafayevin doğum günüdür
29.08.2025 13:53 Cəmiyyət

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin anadan olmasından 65 il ötür. O, 1960-cı il avqustun 29-da Rusiya Federasiyasının Həştərxan vilayətindəki Kapustin-Yar kəndində hərbçi ailəsində dünyaya göz açıb.

TodayPress TV xəbər verir ki, Çingiz Mustafayev gənclik illərində Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub, sonra isə Azərbaycan Tibb İnstitutunu bitirərək həkim kimi fəaliyyətə başlayıb. 


1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.

Qarabağ müharibəsi başlayanda Ç.Mustafayev kamera arxasına keçib. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərsə də, tətbiq olunan senzura onu daha geniş addımlar atmağa vadar edib. Beləliklə, Çingiz, “215 KL” studiyasını yaradıb. Studiyanın hazırladığı reportajlar cəbhə xəbərlərinin başlıca mənbəyinə çevrilib.


Onun çəkdiyi reportajlar yalnız Azərbaycanın daxilində deyil, ABŞ və Avropanın aparıcı media qurumlarında da yayımlanaraq ölkəmiz haqqında informasiya blokadasını yarıb. Ən mühüm işlərindən biri isə Xocalı soyqırımını bütün dəhşəti ilə dünyaya çatdırması olub. Bu kadrlar Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vurub.

Çingiz Mustafayev sadəcə bir reportyor deyildi. Döyüş bölgələrində bəzən əsgər, bəzən zabit, hətta komandan kimi davranırdı. Əsgərlərin geri çəkildiyi anlarda onların qarşısına çıxaraq sərt göstərişlər verməsi Azərbaycan televiziya tarixində ən dramatik səhnələrdən biri kimi yadda qalıb.


O, Qarabağ müharibəsinin ilk illərinin canlı salnaməsini yazdı. Əsgərlər haqqında hazırladığı reportajlar, cəbhədən gətirdiyi operativ xəbərlər və siyasi proseslərə dair çəkilişləri ilə dövrün tarixi yaddaşını formalaşdırdı.

Ç.Mustafayev 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş apararkən mərmi qəlpəsi ilə həlak olub. Həmin an kameranı belə söndürməyib. Onun ölümü həm jurnalistika, həm də Azərbaycan cəmiyyətinin ən ağır itkisi oldu.


Çingiz Mustafayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

Bu gün onu qürurla anırıq. Allah rəhmət etsin!

Qiymət Mahir

XƏBƏR LENTİ
05 IYUN 2026
ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Bütün Xəbərlər