Adı "Qırmızı Kitab"a düşmüş qara kərkəs xilas edildi

Adı "Qırmızı Kitab"a düşmüş qara kərkəs xilas edildi
07.09.2025 15:40 Cəmiyyət

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Qəbələ rayonunun Qəmərvan kəndində yerləşən "Bazardüzü" İstirahət Mərkəzində aparılan araşdırma nəticəsində adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşmüş 1 qara kərkəsin qanunsuz olaraq saxlanılması aşkar edilib.

TodayPress TV xəbər verir ki, sözügedən fauna növü baytar mütəxəssislər tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya üçün Bakı Zooloji Parkına təhvil verilib.

Klinik müayinə zamanı quşun bədənində aşkarlanan qurğuşun güllə qalıqları onun məxsusi olaraq tutulmaq məqsədilə ov qurbanı olmasını deməyə əsas verir. Bundan əlavə, baxış zamanı quşun qida rasionunun zəifliyi, arıqlıq, eləcə də, baytarlıq qaydaları və normativlərinə uyğun olmayan şəraitdə saxlanılması müəyyən olunub.

Xilas edilən qara kərkəsin reabilitasiya müddəti tamamlandıqdan sonra vəhşi təbiətə buraxılması planlaşdırılır.

Qeyd edək ki, IDEA tərəfindən qara kərkəsin xilas edilməsi 6 sentyabr "Beynəlxalq Kərkəslər Haqqında Maarifləndirmə Günü"nə təsadüf edir. IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər 19:42 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Bütün Xəbərlər