Azərbaycan və Türkiyə MMU birgə hərb oyunu keçirdi

Azərbaycan və Türkiyə MMU birgə hərb oyunu keçirdi
21.06.2025 14:43 Hərbi

İstanbul şəhərində Azərbaycan və Türkiyə Milli Müdafiə universitetlərinin (MMU) akademiya pilləsində təhsil alan zabitlərin iştirakı ilə birgə hərb oyunu keçirilib. 

TodayPress TV xəbər verir ki, Azərbaycan tərəfdən təlimdə Hərbi İdarəetmə İnstitutunun Əməliyyat-taktiki fakültəsinin bir qrup zabiti və müəllim-professor heyəti iştirak edib. 

Təlimin məqsədi birgə əməliyyatlar zamanı zabitlərin müvafiq vəzifələrdə qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, müasir silah sistemlərinin hərbi əməliyyatlarda tətbiqinin və onlarla mübarizə üsullarının planlaşdırılması, habelə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. 

Birgə hərb oyununun “Yüksək Müşahidəçi Günü”ndə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, 1-ci Ordu komandiri ordu generalı Metin Tokel, MMU-nun rektoru professor Erhan Afyoncu, Azərbaycan tərəfdən Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli və digər vəzifəli şəxlər iştirak ediblər. 

Təlimin nəticələri, o cümlədən iştirakçıların birgə fəaliyyətləri qiymətləndiricilər qrupu və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

FOTOLAR

Azərbaycan və Türkiyə MMU birgə hərb oyunu keçirdi — 1
Azərbaycan və Türkiyə MMU birgə hərb oyunu keçirdi — 2
XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi Paşinyana 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 Bütün Xəbərlər